Bu ölkələrin Baş nazirləri Kiyevə səfər ediblər
“Üç tərəfdaş ölkənin, Ukraynanın dostu olan üç ölkənin baş nazirləri bu gün Kiyevə səfər ediblər".
lnterPress.ge xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
Vladimir Zelenski dost ölkələrin liderlərini Kiyevə dəvət edib.
“Üç tərəfdaş ölkənin, Ukraynanın dostu olan üç ölkənin baş nazirləri bu gün Kiyevə səfər ediblər: Polşa, Çexiya və Sloveniya. Polşanı həmçinin baş nazirin müavini Yaroslav Kaçinski də təmsil edib. Bu mühüm dəstəkdir. Bizim Kiyev işğalçıların hədəfində olduğu halda, bura gəlmək böyük dəstək deməkdir. Liderlik bunda özünü göstərir. Mən Ukraynanın bütün dostlarını bura, Kiyevə gəlməyə çağırıram. Düzgündür, bu təhlükəlidir, çünki Ukrayna səması Rusiya raketləri və təyyarələri üçün bağlı deyil”, - deyə Zelenski bildirib.


