Ukraynanın Baş naziri həmkarları ilə baş tutan görüşdən sonra açıqlama verdi
İlkin hesablamalara görə, Rusiya ilə müharibədən sonra Ukraynanın bərpası üçün 565 milyard dollar lazımdır.
lnterPress.ge xəbər verir ki, bu barədə baş nazir Denis Şmiqal Polşa, Sloveniya və Çexiyanın baş nazirləri ilə baş tutan görüşdən sonra bildirib.
“İlkin hesablamalara görə, Ukraynaya dəyən zərər 565 milyard dollar təşkil edir. Əslində bu, dövlətimizi yenidən bərpa etmək üçün lazım olacaq məbləğdir”, - deyə baş nazir Şmiqal bildirib.
O bildirib ki, Ukrayna hökuməti çalışacaq ki, Rusiyanın xaricdəki vəsaiti və əmlakı müsadirə olunsun.
"Biz inanırıq ki, tərəfdaş ölkələr də bu genişmiqyaslı plana qoşulacaq", - deyə Şmiqal bildirib.
Onun sözlərinə görə, Rusiyanın təcavüzü nəticəsində Ukrayna iqtisadiyyatına dəymiş zərərin qiymətləndirilməsi üçün qrup yaradılıb.


