15 
Mar
2022
16:28
286

Zelenski Avropaya səsləndi: "Növbəti siz ola bilərsiniz"

''Biz hələ də rus döyüş maşınını və insanların öldürülməsini dayandıra bilərik''.

lnterPress.ge xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Qərb liderlərinə belə müraciət edib.

Prezident onları daha çox dəstək göstərməyə çağırıb və qeyd edib ki, Ukraynadan sonra Rusiyanın hədəfi Avropanın digər hissələri ola bilər.

“Biz hələ də Rusiya döyüş maşınının qarşısını və insanların öldürülməsini dayandıra bilərik, bunu birlikdə etmək daha asan olacaq. Əks halda onlar sizə gələcəklər. Hamımız Rusiyanın hədəfiyik. Bizə kömək etməklə özünüzə kömək etmiş olacaqsınız",-  deyə Zelenski bildirib.

Böyük Britaniyanın baş naziri Boris Consonun ev sahibliyi etdiyi toplantıda Danimarka, Finlandiya, Estoniya, İslandiya, Latviya, Litva, Hollandiya, İsveç və Norveç liderləri iştirak edib və Zelenski onlara onlayn müraciət edib.

Bizimlə əlaqə saxlayın