15 
Mar
2022
15:41
317

Baş nazir: "Ölkədə konstitusiya quruluşunun təmin edilməsi ən yüksək ictimai maraqlara cavab verir"

“Bu gün dövlətimiz və xalqımız bütün dünya ilə birlikdə belə böyük sınaqlarla üz-üzə qaldığı bir vaxtda ölkədə konstitusiya quruluşunun təmin edilməsi ən yüksək ictimai maraqlara cavab verir”, - İrakli Ğaribaşvili.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bəyanatında bildirib.

Hökumət başçısı qeyd edir ki, bu məsələdə hər hansı bir öz yaradıcılığı sadəcə olaraq yolverilməzdir.

"Bu gün dövlətimiz və xalqımız bütün dünya ilə birlikdə belə böyük sınaqlarla üz-üzə qaldığı bir vaxtda ölkədə konstitusiya quruluşunun təmin edilməsi ən yüksək ictimai maraqlara cavab verir, bu da öz növbəsində bütün konstitusiya orqanlarının və institutlarının ciddi şəkildə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməsi deməkdir. Bu məsələdə hər hansı bir öz yaradıcılığı sadəcə olaraq yolverilməzdir",- deyə baş nazir Facebook-da yazır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər