Sabiq deputat irqi ayrı-seçkilik faktı üzrə başlanan istintaq çərçivəsində, DTX-da sorğu-sual olunur
Gürcüstan parlamentinin keçmiş deputatı, “Qeyrət” qeyri-hökumət təşkilatının təsisçisi Zümrüd Qurbanlı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.
InterPress.ge xəbər verir ki, o, DTX-nin irqi diskriminasiya üzrə apardığı istintaq çərçivəsində sorğu-sual olunacaq.
Qurbanovun dediyinə görə, üçüncü qüvvənin marağındadır ki, gürcü azərbaycanlıları və gürcülər arasında narazılıq yaratsın.
“Gürcüstanın işğalı baş verdiyi zaman, kimsə istəyir ki, Kvemo Kartlidə qeyri-sabitlik yaratsın. Biz, yol verməyəcəyik ki, gərginlik baş versin. Biz gürcü azərbaycanlılarıq. Biz, yol verməyəcəyik ki, kimsə öz siyasi marağını dövlət marağından yüksək tutsun. Bizim üçün bir müqəddəs ev var, bu Gürcüstandır. Bütün bu narazılıqlar “feysbuk” sosial şəbəkəsində başladı. Düşünürəm bunların hamısının arxasında üçücü qüvvə durur”, – Zümrüd Qurbanov bildirib.
Qurbanovun vəkilinin dediyinə görə, o, açıqlamamaq haqqında razılaşmaya imza atıb və detallar barəsində danışa bilməz.
Qeyd olunan iş ilə bağlı daha bir neçə şəxsin sorğu olunması planlaşdırılıb.
Qeyd edək ki, Z.Qurbanlı 2000-2004-cü illərdə Gürcüstan parlamentinin üzvü olub.


