15 
Mar
2022
14:36
1649

Poniçalada və müxtəlif bölgələrdə narkotik satanlar saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyi Tbilisi və regionlarda narkotik cinayətlərinə görə 22 nəfəri, o cümlədən 17 narkotik alverçisini saxlayıb.

lnterPress. ge xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyi  məlumat yayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan şəxslər külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satılmasında ittiham olunurlar.

Məlumata görə, cinayət 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə  cəzasını nəzərdə tutur.

''Daxili İşlər Nazirliyinin əməkdaşları Baş Prokurorluğun əməkdaşları ilə birgə Xüsusi Əməliyyat İdarəsi əməkdaşlarının həyata keçirdikləri xüsusi intensiv əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Tbilisinin Poniçala qəsəbəsi və rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 17 nəfəri saxlayıblar. 

Mərkəzi Kriminal Polis İdarəsinin Narkotiklərin Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları  2000-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş T. F., 1978-ci il təvəllüdlü İ.M., 1952-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş A.A., 1987-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Ş. F., 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş, hazırda şərti cəza çəkən T. K., 1996-cı il təvəllüdlü D.C.,1977-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş A.P., 1981-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş A.C, 1985-ci il təvəllüdlü , əvvəllər məhkum olunmuş E.K 1972-ci il təvəllüdlü Ş. M.,1975-ci il təvəllüdlü C.Q 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş E.P., 1997-ci il təvəllüdlü E. A., 1980-ci il təvəllüdlü T. F. və 2008-ci il təvəllüdlü A. P.nı saxlayıblar.

Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin əməkdaşları əvvəllər narkotik cinayətlərinə görə məhkum olunmuş 1988-ci il təvəllüdlü R.R.-ni Zuqdididə  saxlayıblar. 

İmereti, Raça-Leçxumi və Kvemo Svaneti polis idarəsinin əməkdaşları 1993-cü il təvəllüdlü G.L ni Tbilisidə saxlayıblar.

Saxlanılan şəxslər külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satılmasında ittiham olunurlar.

Cinayət maksimum 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sistematik şəkildə vətəndaşlara narkotik vasitələri satırlar.

Hüquq-mühafizə orqanları hakimin qərarı əsasında “Heroin”, “Preqabalin”, “Suboxin” və “Alfa-PVP” narkotik vasitələrinin alışlarının gizli audio-video çəkilişini aparıblar.

Polis tərəfindən həbs edilən narkotik alverçilərinin üzərinə  və yaşayış evlərinə baxış zamanı külli miqdarda müxtəlif növ narkotik vasitələr,habelə inyeksiya üçün hazırlanmış narkotik vasitələr aşkar edilərək götürülüb. Narkotik vasitələrin satışından əldə edilən gəlirlər - 18 135 lari və 1600 ABŞ dolları təşkil edir.

Narkotik alverçiləri ilə yanaşı, Tbilisi Polis İdarəsinin Qldani-Nadzaladevi Baş İdarəsinin, Acara Polis İdarəsinin və Şida Kartli Polis İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilməsinə və saxlanmasına görə - 5 şəxsi 1983-cü il təvəllüdlü O.A., 1981-ci il təvəllüdlü Z.Z., 1989-cu il təvəllüdlü R.C., 2000-ci il təvəllüdlü C.S. və 1989-cu il təvəllüdlü E.G.ni  saxlayıblar.

Hüquq-mühafizə orqanları tərəfindən təqsirləndirilən şəxslərin yaşayış evlərinə və avtomobillərinə baxış zamanı maddi sübut kimi müxtəlif növ narkotik vasitələr götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1, 3, 4, 5 və 6-cı hissələrinə əsasən, külli miqdarda miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satışı ilə bağlı araşdırma aparılır", -deyə  məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər