15 
Mar
2022
14:06
391

Məktəblərdə yaz tətili sona çatdı

Yaz tətili başa çatdıqdan sonra bu gündən dövlət və özəl məktəblərində tədris prosesi bərpa olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.

Məlumata görə, səhiyyə sahəsində tövsiyələr hələ də Gürcüstanın bütün məktəblərində qüvvədədir: maskaların taxılması qaydaları, termoskrininq, dezobariyerlər və dezinfeksiyaedici məhlulların istifadəsi.

“Gürcüstanın Təhsil və Elm Nazirliyi bütün məktəblərdə təhlükəsiz mühitin təmin edilməsi üçün müvafiq tədbirlər görüb: məktəblərdə tam dezinfeksiya işləri aparılıb, müəllimlər və idarəçilər koronavirus testindən keçirilib.

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyinin təşkilatçılığı ilə ümumtəhsil müəssisələri tədris ilinin sonuna kimi virusun qarşısının alınması üçün lazımi resurslarla təmin olunacaq",- deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər