Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcü Arzusu: "Son zamanlarda, Parlamentə qarşı prezident tərəfindən Konstitusiya və qanunvericiliyin iki kobud şəkildə pozulması müşahidə olunub"

348
Gürcü Arzusu: "Son zamanlarda, Parlamentə qarşı prezident tərəfindən Konstitusiya və qanunvericiliyin iki kobud şəkildə pozulması müşahidə olunub"
Dinləmək üçün basın

"Prezident Ukrayna hakimiyyəti tərəfindən səfirin geri çağırılması kontekstində belə bir hərəkətin əlverişsiz olduğunu yaxşı bilirdi və bu səbəbdən niyyətini parlament sədrindən gizlətdi".

"Prezident Ukrayna hakimiyyəti tərəfindən səfirin geri çağırılması kontekstində belə bir hərəkətin əlverişsiz olduğunu yaxşı bilirdi və bu səbəbdən niyyətini parlament sədrindən gizlətdi".

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü arzusu”nun bəyanatında deyilir.

Belə ki, hakim partiya prezident Salome Zurabişvilini dünən Ukraynanın müvəqqəti nümayəndəsi ilə parlamentin plenar iclasına daxil olmasına görə tənqid edib.

"Gürcü arzusu" qeyd olunan fakt kontekstində prezidentin qanun pozuntusundan da danışıb.

“Son zamanlarda, Parlamentə qarşı prezident tərəfindən Konstitusiya və qanunvericiliyin iki kobud şəkildə pozulması presedenti müşahidə olunub. Xüsusilə, əvvəlcə prezident parlamentin razılığı olmadan parlamentə gəliş tarixini açıqlayıb, sonra isə, parlamentin razılığı olmadan Ukraynanın müvəqqəti səfiri iclas zalının əsas məkanına daxil edilib, bu hüquq Konstitusiyaya və Parlamentin Reqlamentinə əsasən yalnız parlamentin sədrinə məxsusdur. Görünür, Prezident Ukrayna hakimiyyəti tərəfindən səfirin geri çağırılması kontekstində belə bir hərəkətlə bağlı narahatçılığı yaxşı bilirdi və bu səbəbdən niyyətini parlament sədrindən gizlədib. Ukrayna xalqına hörmət və həmrəylik nümayiş etdirərək, prezidentin səlahiyyətlərini müvəqqəti icra edən səfir üçün yaratdığı narahatçılığın aradan qaldırılması və parlamentin iclasında ona hörmət və dəstəyimizi layiqincə ifadə etmək üçün mümkün olan hər şeyi etdik”,- deyə “Gürcü arzusu”nun bəyanatında bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →