15 
Mar
2022
11:10
320

Ukrayna Prezidenti: "Şansınızı əldən verməyin"

"Mən həqiqəti söyləməkdən çəkinməyən ruslara və şəxsən studiyaya müharibə əleyhinə posterlə çıxan qadına minnətdaram - ölkəniz böyük Şimali Koreyaya çevrilməmişdən əvvəl mübarizə aparmaq lazımdır''.

lnterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski çıxışında deyib.

O, rus xalqına şansları əldən verməməyə çağırıb.

"Mən həqiqəti söyləməkdən çəkinməyən ruslara minnətdaram. Dezinformasiyaya qarşı mübarizə aparıb həqiqəti, real faktları dostlarına, qohumlarına çatdıranlara və şəxsən Birinci Kanalın studiyasına müharibə əleyhinə posterlə daxil olan qadına minnətdaram. Ölkəniz bütün dünyadan tamamilə təcrid olunana və  böyük Şimali Koreyaya çevrilməzdən əvvəl mübarizə aparmalısınız. Şansınızı əldən verməyin'',- deyə Zelenski bildirib.

 Qeyd edək ki, Marina Ovsyannikova Rusiyanın Birinci Kanalının Vremya xəbər proqramı zamanı Müharibəyə yox, müharibəni dayandır adlı müharibə əleyhinə yazı ilə canlı efirə çıxıb. O, dövlət televiziyasında redaktor işləyirdi. O bu hadisədən sonra həbs edildi.

Bizimlə əlaqə saxlayın