04 
Fev
2020
13:46
2007

Dünya ölkələri üzrə orduların yeni reytinqi açıqlanıb - Ölkəmiz neçənci yerdədir?

Dünya ölkələri üzrə orduların yeni reytinqi açıqlanıb.

InterPress.ge xəbər verir ki, siyahını "Global Fire Power" araşdırma şirkəti hazırlayıb.

"2020: hərbi güc reytinqi" adlı sənəd ümumilikdə 138 ölkənin Silahlı Qüvvələrini əhatə edib. Reytinq hazırlanan zaman ordu ilə bağlı 6 göstərici əsas götürülüb. Bunlar illik hərbi büdcə, orduda xidmət edən şəxsi heyətin, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, pilotsuz uçan aparat və helikopterlərin, eyni zamanda qırıcı təyyarələrin, tankların sayı və hərbi donanma üzrə göstəricilərdir.

"Global Fire Power" şirkətinin araşdırması nəticəsində məlum olub ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir. Belə ki, Azərbaycan Ordusu 138 ordu arasında gücünə görə 63-cü pilləni tutub.

Siyahıda Gürcüstan 93-cü yerdə qərarlaşıb, Ermənistan isə 112-ci.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər