Mixail Podolyak: "Rusiyada istənilən etiraz həbsxanaya birbaşa yoldur"
''Rusiya tam azad deyil. İstənilən etiraz həbsxanaya birbaşa yoldur''.
lnterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak Rusiyanın Birinci Kanalının redaktorunun etirazına öz tviter səhifəsində belə cavab verib.
Podolyakın sözlərinə görə, Marina Ovsyannikovanın hərəkəti təqdir ediləndir.
“Rusiya tam azad deyil. Onların azad mediası, siyasi rəqabəti, etirazları yoxdur. İstənilən etiraz, həbsxanaya birbaşa yoldur. Daha qiymətli olan Marina Ovsyannikovanın davranışıdır, o, çoxmilyonluq auditoriyaya Ukraynaya qarşı Rusiyanın dağıdıcı müharibəsi haqqında həqiqətləri söyləyib”,- deyə Padolyak bildirib.
Xatırladaq ki, Rusiyanın Birinci Kanalının redaktoru Marina Ovsyannikova əsas xəbərlər proqramının canlı yayımı zamanı plakatla Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz etib. Etirazdan az sonra Ovsyannikova saxlanılıb.


