lnterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Ukrayna mətbuatının verdiyi məlumata görə prezidentin Ukraynada müharibə vəziyyətinin davam etdirilməsi ilə bağlı müvafiq sərəncamı Radanın saytında dərc olunub.
Sənəd hərbi vəziyyətin 30 gün müddətinə uzadılmasını nəzərdə tutur.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət martın 26-da saat 05:30-da başa çatır. Təqdim olunan qanun layihəsinə əsasən, o, bir ay, aprelin sonuna kimi davam edəcək.
