Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da ölkədə virusa yoluxanların sayı 810 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkəmizdə son 24 saat ərzində 9 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 683-ə çatıb.
Qeyd olunub ki, koronavirus səbəbi ilə 2915 nəfər karantində saxlanılır, 237 nəfər isə stasionar şəraitdə müalicə olunur.
Qeyd edək ki, koronavirus səbəbi ilə 13 nəfər vəfat edib.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


