Kadırov Zelenskiyə müraciət edib
Çeçenistan lideri Ramzan Kadırov Prezident Zelenskini məhv etməklə hədələyir.
InterPress.ge xəbər verir ki, çeçen lideri dünən gecə saatlarında yayılan videoda “Mən səni harda gizlənsən də tapacağam" deyib.
Yayılan videokadrlardan görünür ki, Putinin ortağı uşaq bağçasını ələ keçirmək üçün əməliyyat planlaşdırır. Məlum olub ki, çeçen döyüşçülərinin hədəfi Kadırov işğal etməzdən əvvəl uşaqları ərazidən çıxarmaq olub. Kadırovla yanaşı, rusiyalı deputat Adam Delimxanov da Ukraynaya gəlib və ukraynalıları hədələyib.
Ukraynanın UNYAN nəşri daxili işlər nazirinin məsləhətçisinə istinadən yazır ki, “Kadırov Ukraynada zirzəmidə oturur”.
Ukraynanın daxili işlər naziri Çeçenistan liderini ortaya çıxmağa və “siçovul kimi zirzəmilərdə gizlənməməyə” çağırıb.


