Qiorqi Kupatadze: "Gürcüstan hökuməti xaincəsinə Rusiya iqtisadiyyatını xilas etməyə çalışır"
“Dünya Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edərkən, Gürcüstan hökuməti xaincəsinə Rusiya iqtisadiyyatını xilas etməyə çalışır".
lnterPress.ge xəbər verir ki, bu barədə etirazçı Qiorqi Kupatadze bildirib.
“Milli Hərəkat”ın gənclər qolu İqtisadiyyat Nazirliyinin qarşısında aksiya keçirib. Etirazçılar hakimiyyətə müraciət edərək, Rusiya şirkətlərinin ölkədə keçirilən tenderlərdə iştirak edə bilməməsi üçün qanunları sərtləşdirməyi xahiş ediblər.
Onlar deyirlər ki, ölkədə 7 mindən çox Rusiya şirkəti qeydiyyatdan keçib və bu təhlükəli vəziyyətdir.
“Dünya Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edərkən, Gürcüstan hökuməti xaincəsinə Rusiya iqtisadiyyatını xilas etməyə çalışır. Bunun bariz nümunəsi Rusiya şirkətlərinin Gürcüstan hökumətindən tender şəklində aldıqları yarım milyarddır. Bunu davam etmək olmaz. Bu pul Rusiya iqtisadiyyatına köçürüləcək və bu vəsait Ukraynada dinc əhalinin qətliamına xərclənəcək”, - deyə Qiorqi Kupatadze bildirib.


