14 
Mar
2022
15:46
343

Gürcüstan Naminə partiyasının siyasi şurasının üzvü Gürcüstan Prezidentinə təşəkkür etdi

''Gürcüstan Prezidenti parlamentdə  gürcü xalqını ləyaqətlə təmsil etdi və buna görə ona dərin  təşəkkürümü bildirirəmi''.
 
lnterPress. ge xəbər verir ki, "Gürcüstan naminə" partiyasının siyasi şurasının üzvü Ana Buçukuri jurnalistlərə açıqlamasında prezidentin parlamentdəki çıxışını belə qiymətləndirir.

Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan Zurabişvili  ölkənin layiqli  lideri vəzifəsini tutub.

“Bu gün Gürcüstan Prezidenti parlamentdə gürcü xalqını ləyaqətlə təmsil etdi və buna görə ona, ilk növbədə bir vətəndaş və təbii ki, bir siyasətçi kimi ürəkdən təşəkkür edirəm.

Onun sözləri ləyaqətli, ədalətli idi, Ukraynada müharibə başlayanda onun mövqeyini ilk gündən xatırlayırıq və o, ölkənin  ləyaqətli lideri mövqeyini tutub və buna görə ona bir daha təşəkkür edirik", - deyə  Anna Buçukuri bildirib. 

O, prezidentin bəzi iqtidar və müxalifətə ünvanlanan çıxışının ədalətli olduğunu bildirib.

“Prezidentin  iqtidara, eləcə də müxalifətin tərkibində olan müxalifətə ünvanladığı bütün sözlər tamamilə ədalətli idi. O Gürcüstanda iqtidarda və müxalifətin bəzi hissələrində, xüsusən də Milli Hərəkatla bağlı mövcud reallığı söylədi”, -deyə  Ana Buçukuri bildirib.

Ana Buçukuri çıxışından sonra prezidenti alqışlamayan Gürcü arzusu üzvlərinin reaksiyasını da dəyərləndirib.

“Hökumətin tənqidlər qarşısında rezident olması yeni deyil. Belə bir söz deyildikdən sonra səmimi emosiyalarım təsəvvüredilməzdir"- deyə Ana Buçukuri  bildirb.

Bizimlə əlaqə saxlayın