Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisinin Qoqolauri küçəsində baş vermiş hadisədə iştirak edən 2 nəfəri saxlayıblar.
lnterPress.ge xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.
Məlumata əsasən, qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı araşdırma aparılır.
Məlumat üçün bildirək ki, Tbilisinin Qoqolauri küçəsində baş verən qarşıdurmada 4 nəfər xəsarət alıb. Məlumata görə, yaralılardan 3-ü qardaşdır. Yaralılar klinikaya yerləşdirilib.
