Gürcüstan Prezidenti: "Cəmiyyət sizdən qat-qat ayıq, şüurlu, cəsur və ən əsası birdir"
''Cəmiyyət sizdən qat-qat ayıq, şüurlu, cəsur və ən əsası birdir. Bu gün görürəm ki, xalqda milli razılığın əlamətləri artıq oyanıb, baxmayaraq ki, mən hələ sizdə bunu görmürəm. Siz başa düşmürsünüz ki, sizin hamınızın xalqınız qarşısında hansı məsuliyyət var''.
lnterPress. ge xəbər verir ki bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili siyasi spektrə belə müraciət edib.
Onun sözlərinə görə, prezident, baş nazir, hökumət və parlament, bütün siyasi qüvvələr, media, qeyri-hökumət təşkilatları, sadə vətəndaşlar, hamı birləşərək bir plan, bir məqsəd ətrafında hərəkət etməlidir.
''Biz hamımız gələcəkdə Avropaya ciddi yanaşmaq istəsək, zəruri olacaq islahatlar paketi üzərində işləməliyik. Bu, milli razılığın əsl ifadəsi olacaq, onsuz heç bir ölkə Aİ-yə qoşulmayıb. Həmçinin, Ukraynadakı müharibəyə yanaşmamız tamamilə konsolidasiya edilməlidir. Əminəm ki, cəmiyyət çox ağıllı düşünür və onu konsolidasiya etmək mümkündür”, - deyə Zurabişvili bildirib.


