14 
Mar
2022
14:22
351

Rusiyanın hücumu nəticəsində həlak olan və yaralanan uşaqların sayı açıqlandı

Rusiyanın yaratdığı müharibə nəticəsində Ukraynada 90 uşaq həlak olub, 100 uşaq yaralanıb.

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.

Məlumatda qeyd olunur ki, yaralıların əksəriyyəti Kiyev, Xarkov, Donetsk, Çerniqov, Sumi, Xerson, Nikolayev və Jitomir rayonlarındadır.

Təkcə dünən gecə Nikolayev rayonunda mülki infrastrukturun bombalanması nəticəsində 2 uşaq ölüb, 3 uşaq yaralanıb.

Bombalama nəticəsində 379 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 59-u tamamilə dağıdılıb.

Ən çox dağıntı Donetsk rayonunda olub, burada 119 təhsil müəssisəsi, Nikolaevdə - 30, Sumıda - 28, Kiyevdə - 35, Xersonda - 21, paytaxtda - 24.

“Rusiya Federasiyası silahlı qüvvələrinin fəal döyüşdüyü ərazilərə, habelə müvəqqəti işğal olunmuş ərazilərə baş çəkmək imkanının olmadığını nəzərə alsaq, bu rəqəmlər yekun deyil”, -deyə  Baş Prokurorluğun bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər