Bu gündən, Koronavirusun yayılması təhlükəsi səbəbiylə Gürcüstan məhdudiyyətləri qaldırmanın növbəti mərhələsinə başladı.
InterPress.ge xəbər verir ki, Hökumətin qərarına əsasən, bu gündən aşağıda göstərilənlərin fəaliyyətinə artıq icazə verilir:
- şəhərlərarası ictimai nəqliyyatların fəaliyyətinə.
- qapalı tipli restoran, kafe və barların işinə.
- otellərin işinə.
- valyutadəyişmə məntəqələrinin işinə.
Qeyd edək ki, dəmiryolu nəqliyyatı ilə sərnişin daşımalarına qoyulan qadağa qüvvədə qalmaqdadır. Güman ki, bu məhdudiyyətl iyunun 15-dən qaldırılacaq.
