14 
Mar
2022
14:16
493

Ölkə başçısı: "Bu, bölünməyimizə, ölkənin nüfuzuna xələl gətirməyə, panikaya səbəb olmamalıdır''

''Rusiyadan vətəndaşların ölkəyə gəlməsi həssas məsələdir və bu, bölünməyimizə, ölkənin nüfuzuna xələl gətirməyə, panikaya səbəb olmamalıdır''.
 
lnterPress. ge xəbər verir ki bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə çıxışı zamanı bildirib.

Prezidentin qeyd etdiyinə görə, Gürcüstanda etnik ayrı-seçkilik təhlükəsinə səslənən rəsmi bəyanatlar zərərlidir.

Onun sözlərinə görə, hökumət ictimaiyyətə düzgün və vaxtında məlumat verməyə və onları həm sərhəddə, həm də ölkədə vətəndaş asayişinin lazımi qaydada təmin olunduğuna əmin etməyə borcludur.

“Bir tərəfdən işğalı, regional çağırışları, ölkənin iqtisadi və sosial vəziyyətini nəzərə alaraq diqqətli olmaq lazımdır. Digər tərəfdən, bizdən Ukraynanın dostuluğuna və beynəlxalq birliyin üzvünə uyğun hərəkət etməyimiz tələb olunur. Rusiyadan vətəndaşların ölkəyə girişi həssas məsələdir və bu, bizim parçalanmağımıza, ölkənin nüfuzuna xələl gətirməyə, panikaya səbəb olmamalıdır. Burada da balanslı mövqe tutmalıyıq.  Bu baxımdan, Gürcüstanda etnik ayrı-seçkilik təhlükəsinə çağıran rəsmi bəyanatlar zərərlidir. Bunun əvəzinə hökumət ictimaiyyətə düzgün və vaxtında məlumat verməyə, həm sərhəddə həm də ölkədə  vətəndaş asayişinin lazımi qaydada təmin olunmasına əmin olmağa borcludur”, -  deyə Salome Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər