14 
Mar
2022
13:58
457

Gürcüstan prezidenti parlament tribunasından çağırışlar etdi

''Mən hökuməti bütün həssas məsələlərin müzakirə olunacağı müxalifət spektrinin iştirakı ilə genişlənmiş və ya başqa formatda Təhlükəsizlik Şurasının yaradılmasına çağırıram. Mən həmçinin  sizi bir daha bu çətin dövrlərdə nifrət nitqinin istifadəsinə moratorium elan etməyə çağırmaq istıyirəm''.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə çıxışı zamanı bildirib.

Prezident hökumətə və müxalifət partiyalarının nümayəndələrinə müraciət edib.

''Bu çətin dövrdə bütün səylər göstərilməlidir ki, vahid mövqedən çıxış edə bilək: bir tərəfdən Aİ-yə üzvlük məsələsində, digər tərəfdən isə Ukrayna ilə bağlı. Belə ki, heç bir məsələ, siyasi maraqlar üçün istifadə olunmasın. Baş nazirin üzvlüklə bağlı bəyanatını  və parlamentdə işlənən qətnaməni alqışlayıram və hamını bu qətnaməni yekdilliklə qəbul etməyə çağırıram. Qeyri-hökumət təşkilatlarının bir neçə bəyanatını, digər ictimai petisiyaları və ya təşəbbüsləri də oxumuşam, bunu da alqışlayıram.

Təklif edirik ki, bütün bu təşəbbüslər birləşsin və hamımız bizim müraciətimizi dəstəkləyəcək və bu məsələdə tam birliyimizə işarə olacaq vahid sənəd imzalayaq və bu  Gürcüstan adından bir paketdə Aİ-yə göndərilsin.

Təklif edir ki, Aİ-nin inteqrasiyası üzrə dövlət naziri postu və müxalifətdən seçilə bilən aparat dərhal seçilsin. O, digər namizəd ölkələrdə olduğu kimi, üzvlük tələblərinin dərhal yerinə yetirilməsini təmin etmək üçün koordinasiya edəcək.

Mən hökuməti bütün həssas məsələlərin müzakirə olunacağı müxalifət spektrinin iştirakı ilə genişlənmiş və ya başqa formatda Təhlükəsizlik Şurasının yaradılmasına çağırıram. Mən həmçinin  sizi bir daha bu çətin dövrlərdə nifrət nitqinin istifadəsinə moratorium elan etməyə çağırmaq istıyirəm ", -  deyə Salome Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər