14 
Mar
2022
13:08
3158

Gürcüstan Prezidenti sərt danışdı: "Siz xalqınız qarşısında hansı məsuliyyəti daşıdığınızı başa düşmürsünüz"

''Bu gün bu yol ayrıcında çəkişmələrə, ədavətlərə, dağıdıcı qarşıdurmalara, qütbləşmələrə son qoymaq əvəzinə, gerbimizdə nələrin əksini tapdığını unutduğunuzu mən belə bir həlledici mərhələdə başa düşmürəm və buna dözə bilmirəm. Güc birlikdədir!”.

 lnterPress. ge xəbər verir ki bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentdə çıxışı zamanı bildirib.

Prezidentin qeyd etdiyinə görə, bu gün təkcə Ukrayna deyil, bütün dünya ən ağır günlər qarşısındadır, lakin Ukrayna döyüşdə qələbə qazansa da qazanmasada o, artıq uğurludur, çünki bu hadisələr dünyanın gözünü açıb.

''Şübhəsiz ki, misli görünməmiş beynəlxalq həmrəylik var və bu həmrəylik də Ukraynanın nailiyyətidir. Ukraynanın nailiyyəti həmçinin  Avropa İttifaqının görünməmiş yekdilliyi və qətiyyəti, ABŞ və Avropanın birgə hərəkətləridir. Rusiya bu gün artıq təcrid olunub, sabah isə zəifləyəcək.

Bu gün hamı üçün, o cümlədən Gürcüstan üçün dönüş nöqtəsidir, çünki bu gün biz sabah daha da kəskinləşə biləcək böyük problemlərlə üzləşirik. Bununla belə, eyni zamanda, tarixdə olduğu kimi, çağırışlarla yanaşı, böhranlar və müharibələr yeni imkanlar gətirir, yeni yollar açılır. Bu yeni yolda Gürcüstan öz yerini indidən tutmalıdır. Nə baş verdiyini anlamaq və hər bir mümkün hadisəyə hazırlaşmaq  lazımdır, boş oturub gələcəkdə nə olacağını gözləmək deyil. Bu, ölkə qarşısında hamımızın borcumuzdur! Vaxt tükənir! Əgər biz yeni hadisələrə, təhdidlərə və yeni imkanlara hazır olmasaq - bu vaxt geri qayıtmayacaq!

 Buna görə də bu gün bu yol ayrıcında çəkişmələrə, ədavətlərə, dağıdıcı qarşıdurmalara, qütbləşmələrə son qoymaq əvəzinə, gerbimizdə nələrin əksini tapdığını unutduğunuzu mən belə bir həlledici mərhələdə başa düşmürəm və buna dözə bilmirəm. Güc birlikdədir!”

Cəmiyyət sizdən qat-qat ayıq, şüurlu, cəsur və ən əsası birdir. Bu gün görürəm ki, xalqda milli razılığın əlamətləri artıq oyanıb, baxmayaraq ki, mən hələ sizdə bunu görmürəm. Siz xalqınız qarşısında hansı məsuliyyəti daşıdığınızı başa düşmürsünüz”, - deyə Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər