Gürcüstanın xarici borcu artıb
Gürcüstanın bir ildə dövlət xarici borcu 302,484 milyon dollar artıb.
lnterPress. ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı məlumatlara görə, 2022-ci ilin fevral ayına olan göstəriciyə əsasən Gürcüstanın dövlət xarici borcu 25,635 milyard lari olan cari məzənnə ilə 8,127 milyard dolları keçib. 2021-ci ildə isə borc 7,825 milyard dollar və ya məzənnə ilə 26,023 milyard dollar təşkil edib. 2022-ci ilin yanvar ayına olan məlumata görə, xarici borc 8,101 milyard dollar və ya o vaxtkı məzənnə ilə 24,726 milyard lari təşkil edib.
Eyni zamanda, 2022-ci ilin fevral ayının göstəricisinə əsasən Gürcüstan dövlətinin ən böyük kreditorları aşağıdakılardır: Asiya İnkişaf Bankı (AİB); Dünya Bankı Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB).
O cümlədən, BİA-ya borc 814,669 milyon dollardır; Dövlətin BYİB-ə xarici borcu 1,217 milyard dolları, Asiya İnkişaf Bankına (AİB) isə 1,866 milyard dolları ötür.


