DİN əməkdaşları narkotik cinayəti ittihamı ilə dörd nəfəri yaxalayıb
Daxili İşlər Nazirliyi narkotik cinayətinə görə 4 nəfəri saxlayıb.
lnterPress. ge xəbər verir ki, bu Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və satışına cəhd edən 2001-ci il təvəllüdlü xarici ölkə vətəndaşı D. S., həmçinin xarici ölkə vətəndaşı, 1991-ci il təvəllüdlü D.Q. 1998-ci il təvəllüdlü G K. və 1962-ci il təvəllüdlü Z. L. saxlanılıb.
Cinayətlər 5 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları D.S-nin yaşadığı evə baxış zamanı beş kiloqramdan artıq kokain tərkibli maddə götürüblər. Həmçinin onun tərəfindən satışa qoyulmuş 30 qrama qədər kokain ələ keçirilib.
D.Q-yə gəlincə, polis onun şəxsi və müvəqqəti yaşadığı ünvana baxış zamanı maddi sübut kimi 223 qram kokain götürüb. Hüquq-mühafizə orqanları, həmçinin satış məqsədi ilə yerləşdirilən 40 qrama qədər kokain görürüblər.
Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları təqsirləndirilən L.K.-nın üzərində şəxsi yoxlama zamanı 30 qrama qədər narkotik vasitə olan kokain götürüblər.
Ümumilikdə hüquq-mühafizə orqanları 7 kiloqrama qədər kokain müsadirə ediblər. Müsadirə olunan narkotikin qiyməti qara bazarda təxminən 7 milyon laridir.
Bundan başqa, Saqareco bələdiyyəsinin Verxviani kəndində saxlanılan Z.L.-nin üzərindən şəxsi yoxlama zamanı Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları tərəfindən 2 qutu heroin narkotik vasitə götürülüb.
Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü və 6-cı hissələrinin a yarımbəndləri, 19-260-cı maddəsinin 7-ci hissəsinin a bəndi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satışı ilə bağlı araşdırma aparılır.


