Ötən il Gürcüstan turizmdən 3,3 milyard dollar gəlir əldə edib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.
İllik müqayisədə gəlirdə 47 milyon dollar və yaxud 1,4% artım qeydə alınıb.
Təkcə ötən ilin dekabrında ölkənin turizmdən gəliri isə 217 milyon dollara bərabər olub. Bu məbləğ illik müqayisədə 11 milyon dollar və ya 5,4% çoxdur.(report)
