07 
Iyn
2020
20:54
2960

Gürcüstanda şəhərlərarası ictimai nəqliyyat sabah bərpa olunur - qaydalar və qiymətlər

İyunun 8-dən etibarən Gürcüstanda koronavirus epidemiyası səbəbiylə dayandırılmış şəhərlərarası sərnişin daşınması bərpa olunur.

InterPress.ge xəbər verir ki, sabahdan etibarən ictimai nəqliyyat təhlükəsizlik qaydalarına riayət etmək şərtiylə işə qayıda bilərlər. Bu təlimatlar bələdiyyə ictimai nəqliyyatında olan qaydalarla birdir.

Hökumət qərarında sadalanan ümumi tövsiyələrə əsasən, bütün sərnişinlərdən tibbi maskalar taxması tələb olunur.

Şəhərlər arası hərəkət edən avtobuslarda sürücünün kabinəsi ilə sərnişin salonu arasında qoruyucu sədd qoyulmalıdır.

İş gününün sonunda mikroavtobuslar və avtobuslar təmizlənib dezinfeksiya olunmalıdır.

Bu vəziyyətdə başaltı dayaqlara və qoltuqluqlara xüsusi diqqət yetirilməlidir.

Sərnişin salonu daima havalandırılmalıdır. Kondisioner sisteminin istifadəsindən imtina etmək və açıq pəncərələrlə hərəkət tövsiyə olunur.

Böyük nəqliyyat şirkətləri yola düşmədən əvvəl sərnişinlərin temperaturunu ölçəcəklər.

Məlumata əsasən, Tbilisi avtovağzallarının idarələrində, Didube və Nadzaladevidə operatorlar qiymətləri artırmağı planlaşdırmırlar.

Indiyə qədər Tbilisidən Kutaisiyə gedən mikroavtobusun qiyməti 10 GEL, Zuqdidiyə - 15 GEL, Batuma - 25 GEL idi. Biletləri birbaşa avtovağzallarda əldə etmək olar.

Avtobus daşıyıcıları da qiymət siyasətini dəyişdirmək fikirində deyillər. Metro Georgia izah edir ki, sərnişinlər əvvəllər olduğu kimi, avtobusun hər bir oturacağında yerləşəcəklər. Buna əsaslanaraq biletlərin qiymətini artırmaq üçün heç bir səbəb yoxdur.

Marneulidən Tbilisi mikroavtobuslarına gəldikdə isə, şirkətdən bizə verilən məlumata görə, qiymət artımı olmayacaq. Yəni əvvəlki kimi, 2 lari 0.50 tetri olacaq biletin qiyməti.

Hələlik ki, Gürcüstanda sərnişin dəmiryolu nəqliyyatı daşımalarına qadağa davam edir. Çox güman ki, bu məhdudiyyət bir həftə sonra- iyunun 15-dən aradan qaldırılacaq.

Bizimlə əlaqə saxlayın