Nikolaevdə rus işğalçıları “Zaria” dövlət müəssisəsini bombalayıblar.
lnterPress.ge xəbər verir ki, bu barədə regional dövlət administrasiyasının rəhbəri Vitali Kim məlumat yayıb.
UNİAN-ın yaydığı ilkin məlumata görə, rus işğalçıları bu yaxınlarda “Zaria” qaz turbinlərinin elmi-sənaye kompleksini bombalayıblar.
“Hadisənin hansı şəraitdə baş verdiyini aydınlaşdırırıq. Azadlığımız var və onun üçün mübarizə aparırıq, onların isə, köləliyi var. Biz vətənimizi qoruyub, hər halda irəli gedəcəyik. Qələbə üçün birlikdə!”,- deyə Kim öz “Telegram” kanalında bildirib.
