13 
Mar
2022
14:26
280

Rusların hücumu nəticəsində iki rayonda qaz kəməri zədələnib

Luqansk regionunun şəhərlərində -Rusiya işğalçılarının bombardmanı nəticəsində Lisiçansk və Popasnaya qaz kəmərləri zədələnib.

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı  Luqansk regionu hərbi administrasiyasının rəhbəri Sergey Qayday “Telegram” vasitəsilə yayıb.

UNİAN-ın məlumatına görə, ötən gecədən Severodonetsk və Rubejnoda atışmalar səngimir – ruslar ötən gecə axşam saatlarında Popasnaya və Lisiçansk istiqamətində atəş açıblar.

"Lisiçanskda qaz xəttinə və bir neçə evə ziyan dəyib. Sevedonetskdə 4 ev yanıb, Popasnayada 5 ev dağıdılıb, şəhərdə qaz kəməri kəsilib, qurbanların sayı müəyyənləşdirilir”, -  deyə Qaydai bildirib.

Region rəhbərinin sözlərinə görə, ruslar hamını məhv edirlər.

“Artıq bir həftədir ki, Rusiya ordusu şəhərlərimizdə dinc əhaliyə atəş açır, evləri yandırır. Heç bir müqavimət göstərməyəcəkləri şəxsləri – qadınları, uşaqları, qocaları bilərəkdən hədəfə alırlar. Ruslar bunu məqsədyönlü şəkildə edir. Ruslar hamını məhv edir”, - deyə region rəhbəri bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər