Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 823 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 635 509 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 445 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 585 885 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, 24 nəfər ölüb və ölənlərin ümumi sayı 16 554 nəfər təşkil edib.
