12 
Mar
2022
12:12
376

Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahi: "Düşmən bir neçə rayonda həm canlı həm də texniki qüvvə itkisinə məruz qalıb"

Ukrayna Müdafiə Qüvvələri layiqli müqavimət göstərir və Rusiya Federasiyası Silahlı Qüvvələrinin bütün istiqamətlərdə hücum əməliyyatını dayandırır.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargah izah edir ki, düşmən Poleski, Severski və Yujnobujski rayonlarında həm canlı qüvvə, həm də texnikanın böyük itkisinə məruz qalıb, ona görə də dayanıb və müdafiəyə keçib.

“Donetsk istiqamətində irəliləməyə cəhd edən rus işğalçıları ukraynalı döyüşçülərdən layiqli müqavimətlə üzləşib və dayanıb. Digər ərazilərdə isə  irəliləyiş sürətini əhəmiyyətli dərəcədə azaldıb", - məlumatda deyilir.

Baş Qərargahın məlumatına görə, Ukrayna ərazisində  düşmənin 31 batalyon-taktiki qrupu müharibə başlayandan indiyədək döyüş qabiliyyətini itirib.

Döyüş əməliyyatları nəticəsində Rusiya Silahlı Qüvvələrinin Ukrayna Silahlı Qüvvələri ilə birbaşa hərbi əlaqədə olan hissələrinin əksəriyyəti ruhdan düşür, şəxsi heyətin mənəvi-psixoloji durumu aşağı düşür, ayrı-ayrı qruplar tərəfindən əsir götürülməsi halları qeydə alınır.  Son günlər düşmən fərarilərinin kiçik dəstələri dövlət sərhədinə doğru irəliləyir. Düşmənin ehtiyatı doldurmaqda ciddi problemi var.

Ukrayna Silahlı Qüvvələri dövlət təhlükəsizliyinin və müdafiəsinin digər müvafiq sektorları ilə birgə koordinasiyada müqavimət göstərərək işğalçı qüvvələrin kütləvi hücumunun qarşısını alır. Ukrayna Silahlı Qüvvələrinə inanın! Biz birlikdə qalib gələcəyik! Ukraynaya eşq olsun!” ,– Baş Qərargahın bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər