12 
Mar
2022
11:19
538

Gürcüstanda son 24 saat ərzində koronavirusa yoluxma sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1 243 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 634 686 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 064 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 584 440 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, 25 nəfər ölüb və ölənlərin ümumi sayı 16 530 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər