11 
Mar
2022
19:20
4022

Novruz bayramında bu məktəblərdə tətil olacaq

Təhsil və elm nazirliyi yeni qərar qəbul edib. Belə ki, Gürcüstanda azərbaycanlıların yaşadığı bələdiyyələrdə 21 Mart günü yəni Novruz bayramının qeyd edildiyi gün dövlət və özəl məktəblərdə qeyri-iş günü olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə "Maarif" təşkilatının məktubuna cavab olaraq Gürcüstanın Təhsil və Elm Nazirliyindən bildirilib.

"Maarif" təşkilatının idarə heyətinin üzvü Aygül İsayevanın verdiyi məlumata görə, 2 mart 2022-ci il tarixində “Maarif” təşkilatı yaz tətili günlərində dəyişiklik edilməsi məqsədi və tətilin Novruz bayramını əhatə etməsi ilə bağlı Nazirliyə müraciət ünvanlayıb. Müraciətdə Novruz bayramına hazırlığın günlərlə vaxt tələb etməsi, hər il adəti üzrə Gürcüstanın baş naziri, prezident və ya digər mötəbər qonaqların azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik etmək məqsədilə Kvemo Kartli bölgəsinə səfər etmələri fonunda məktəblərdə dərslərin pozulması, dayandırılması, bundan başqa dövlət idarələrində və  meriyada işin dayandırılıb, hər kəsin qonaqları qarşılamaq üçün səfərbər edilməsi öz əksini tapıb.

Nazirliyin müraciətə cavab məktubunda deyilir: 

“Gürcüstan prezidentinin 23 mart 2010-cu il tarixli 187 saylı fərmanına əsasən Novruz bayramının qeyd edilməsi ilə əlaqədar olaraq 21 mart tarixi Gürcüstanda bayram günü elan edilib. Azərbaycanlıların Novruz bayramını qeyd etdiyi bələdiyyələrdə dövlət və özəl məktəblərdə martın 21-i qeyri-iş günü elan edilib ki, bu da hüquq, səlahiyyət milli kurikulumda da öz əksini tapıb.

Fürsətdən istifadə edərək, qardaş azərbaycanlılara dərin hörmət və məhəbbətimizi bir daha bəyan edir, milli varlığın qorunub saxlanması və daha da inkişafına bundan sonra da töhfə verməyə hazır olduğumuzu bildiririk”,- deyə Nazirliyin cavab məktubunda qeyd edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər