Oto Abesadze: "Yanacağın qiyməti 4 larini keçəcək və..."
"Yanacağın qiyməti 4 larini keçəcək və bu turbulentlik mayın sonuna qədər davam edəcək",
lnterPress.ge xəbər verir ki, bu barədə iqtisadçı Oto Abesadze öz feysbuk səhifəsində yazıb.
Onun postunu dəyişməz olaraq təqdim edirik:
“Yanacağın qiymətinin qalxmasından qorxmayın. Qısa müddətdə yanacağın qiyməti 4 lari keçəcək və bu turbulentlik mayın sonunda olacaq. Tədqiqatımı və mövcud məlumatların təhlilini yenicə tamamladım. May ayından neft hasilatı tezliyinin artması nəticəsində yayda bir barelin ticarət qiyməti 50-60 dollar diapazonunda tənzimlənəcək.
Əgər yaxın 6 ayda dövlət inflyasiyanı tutsa və dolların məzənnəsi 2,5 lari səviyyəsində sabitləşsə, yanacağın qiyməti orta hesabla 1 litr üçün 2 lari olacaq. Sıra dövlətdədir.
İnflyasiya aşağı salınmalıdır;
Vergi islahatı aparılmalıdı;
Dolların məzənnəsi 2,5 lari səviyyəsində sabitləşdirilməlidi.
Bunun üçün isə aşağıdakılar edilməlidir:
Aİ üzvlüyünə namizəd ölkə olmaq;
Bu status çərçivəsində yeni investisiyaların cəlb edilməsi;
Kiçik hökumət modelinə keçmək;
Büdcənin xərclər hissəsindən 5 milyard lari az xərcləmək;
Vergi islahatının aparılması;
Yanacağa aksiz vergisi ləğv edilməsi;
ƏDV - üzən rejimə keçməli və 10% səviyyəsində dayanmalıdır”, - deyə Abesadze yazıb.


