11 
Mar
2022
11:49
325

Gürcüstana gələn turistlərin sayı artıb - STATİSTİKA

2022-ci ilin fevral ayında Gürcüstana 165 626 beynəlxalq səyahətçi səfər edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə +35,3% çoxdur.

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Turizm Administrasiyası yayıb.

Administrasiyasının verdiyi məlumata görə, 2021-ci ilin fevral ayı ilə müqayisədə artım + 297% təşkil edib. Eyni zamanda, xüsusilə fevral ayında turistlərin sayının artdığını izah edirlər. 2022-ci ilin ikinci ayında Gürcüstana 137 148 beynəlxalq turist səfər edib, 2019-cu ilin eyni dövrü ilə müqayisədə  artım + 55,4%, 2021-ci ilin fevral ayı ilə müqayisədə isə  + 282% təşkil edib.

Eyni zamanda  Milli Turizm Administrasiyası qeyd edir ki, turizmin sürətli bərpa dinamikası gəlirlərdə də özünü göstərir.

”2022-ci ilin fevral ayında beynəlxalq səyahətlərdən əldə olunan gəlirlər 105 218 484 ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin göstəricisi ilə  62,2% artım  deməkdir. Beynəlxalq səyahətlərdən əldə olunan gəlirlər 2021-ci ilin fevral ayı ilə müqayisədə 91 568 460 dollar (+ 670,8%) artıb”, - deyə hesabatda bildirilir.

Bizimlə əlaqə saxlayın