11 
Mar
2022
09:27
494

Litva Prezidenti Versalda Ukrayna məsələsi ilə bağlı baş tutan görüşdən danışdı: "Aİ liderləri hə dedilər"

Litva prezidenti Qitana Nauseda Aİ liderlərinin Versalda keçirilən görüşünə münasibət bildirib və ittifaqın Ukraynanı qəbul etməyə hazır olduğunu qeyd edib. 

Onun sözlərinə görə, "qəhrəman Ukrayna xalqı bunu bilməyə layiqdir, onlar Aİ-də müsbət qarşılanırlar".

“Versalda tarixi gecə baş tutdu. Beş saatlıq qızğın müzakirədən sonra Aİ liderləri Ukraynanın Avropaya inteqrasiyasına “hə” dedilər. Prosedur başladı. Tez bir zamanda addım atmaq indi bizdən və ukraynalılardan asılıdır. Qəhrəman Ukrayna xalqı bilməyə layiqdir, biz onları Avropa Birliyinə daxil olmağa alqışlayırıq", - Qitana Nauseda deyib.

Xatırladaq ki, dünən Versalda Aİ liderləri bir araya gələrək Ukraynada davam edən müharibəni müzakirə ediblər. Görüş iki gün davam edəcək. Nəticə etibarı ilə dünya liderləri bu gün də Ukrayna məsələsini müzakirə etməkdə davam edirlər.

Bizimlə əlaqə saxlayın