Avropa İttifaqı liderləri Versal sarayında keçiriləcək sammitə toplaşırlar
Avropa İttifaqı liderləri Versal sarayında keçiriləcək sammit üçün Fransaya gəlir. Sammitdə Rusiya enerjisindən asılılığın necə azaldılması, eləcə də Ukraynanın siyasi və mənəvi dəstəyinin gücləndirilməsi müzakirə olunacaq.
InterPress.ge xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen jurnalistlərə deyib ki, Putinin müharibəsi Avropa üçün dönüş nöqtəsi olub.
"Biz Rusiya yanacağından asılılığımızdan qurtulmalıyıq və bunun üçün bərpa olunan enerjiyə böyük investisiyalar lazımdır. Bu, həm də təhlükəsizliyimizə və müstəqilliyimizə strateji sərmayədir. Biz Ukraynanı da Avropa ailəmizin bir hissəsi hesab edirik. Bizim ümumi taleyimiz olan azad və demokratik Ukraynadır”, - deyə Layen bildirib.


