11 
Mar
2022
00:05
423

ABŞ Ukraynaya milyardlarla dollar ayırır

ABŞ Rusiyanın təcavüzünə məruz qalan Ukraynaya 50 milyard dollarlıq humanitar yardım edəcək. 

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harris Polşada Polşa prezidenti Anjey Duda ilə birgə brifinqdə bildirib.

"Ukraynaya humanitar yardım çatdırmaq üçün əlavə 50 milyard dollar ayıracağıq", - Harris bildirib.

Onun sözlərinə görə, ərzaq yardımı proqramından vəsaitin ayrılması nəzərdə tutulub.

O əlavə edib ki, bütün sivil dünya uşaqları, anaları, valideynləri, nənələri və babaları ilə Ukraynada baş verənləri görəndə qəzəblənir.

“Biz öz hədsiz sədaqətlərini nümayiş etdirən ukraynalıları dəstəkləyirik".

O, Rusiyanın törətdiyi inanılmaz cinayətlərə də diqqət çəkib. Xüsusilə, Mariupolda doğum evinin və uşaq evinin bombalanmasından danışılır.

“Aydındır ki, biz humanitar ehtiyacları, eləcə də Ukraynanın və Ukrayna xalqının təhlükəsizliyini təmin etmək üçün birlikdə hər şeyi edəcəyik”, - deyə Kamala Harris bildirib.

Bizimlə əlaqə saxlayın