Ukraynada Rusiyaya yardım etmək ittihamı ilə bir neçə polis əməkdaşına cinayət işi açılıb
Ukrayna Rusiyanın yerli hakimiyyət orqanlarına və hüquq-mühafizə orqanlarına yardım etdiyi iddia edilən 38 faktı araşdırır.
lnterPress. ge xəbər verir ki, bu barədə məlumatı Ukrayna Dövlət İstintaq Bürosu yayıb.
Mariopol və Xersonda bir neçə polis əməkdaşına qarşı cinayət işi başlanıb.
İstintaq Bürosunun məlumatına görə, onlar müharibə şəraitində vətənə xəyanət edərək düşmən tərəfə keçiblər.
Onlar həmçinin Rusiyanın təcavüzünə fəal dəstək verən və təşviq edən yüksək rütbəli yerli hökumət məmurlarını da müəyyən ediblər.
“Bir məmur Donetskin Kramatorsk şəhərində saxlanılıb. Digər işğal olunmuş ərazilərdə də analoji hərəkətlər edilib”, - deyə məlumatda bildirilir.
Agentliyin məlumatına görə, bütün xainlər saxlanılıb və onlar qanun qarşısında cavab verəcəklər.


