10 
Mar
2022
17:13
879

Ukrayna bu məhsulların ixracını qadağan etdi

Ukrayna hökuməti bu ilin sonuna qədər çovdar, arpa, qarabaşaq yarması, darı, şəkər, duz və ətin ixracına qadağa qoyub. Ukrayna Nazirlər Kabineti bu barədə qərarı  bu gün qəbul edib.

 lnterPress.ge xəbər verir ki,  bu barədə Reuters Məlumat yayıb.

Milli Statistika İdarəsinin məlumatlarına əsasən, 2021-ci ilə kimi bu 7 məhsuldan hansının Ukraynadan Gürcüstana gətirildiyi barədə məlumatlar təqdim edilib.

Ötən il çovdar Ukraynadan ayrıca gətirilməyib, bununla belə, ölkəyə 128,11 min ABŞ dolları dəyərində 371,85 ton buğda və ya çovdar unu idxal edilib.

Qarabaşaq, darı və digər taxılların idxalı 8,32 ton təşkil edib ki, bu da dəyər hissəsində 46,08 min ABŞ dollarıdır.

Şəkər idxalı 41,79 ton və 76,49 min dollar məbləğindədir.

Bundan əlavə, 2021-ci ildə ölkəyə 1 278 740 dollar dəyərində 10 069 ton duz idxal edilib.

Ətə gəlincə, ötən il Ukraynadan Gürcüstana 88,05 min ABŞ dolları dəyərində 26 ton təzə və ya soyudulmuş mal əti, 7 476 570 dollar dəyərində 2 274 ton dondurulmuş mal əti və 476,23 min dollar dəyərində 189 ton təzə, soyudulmuş və ya dondurulmuş donuz əti idxal edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər