10 
Mar
2022
11:43
336

Tbilisidə bir neçə nəfərə xəsarət yetirən şəxs yaxalandı

Tbilisi Polis İdarəsinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 1985-ci il təvəllüdlü şəxsi saxlayıblar.

lnterPress.ge xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin məlumat yayıb.

Agentliyin məlumatına görə, o, iki və ya daha çox şəxsi öldürməyə cəhddə və qanunsuz olaraq odlu silah saxlamaqda ittiham olunur.

“Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını  nəzərdə tutur. İstintaq  nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il martın 9-da Tbilisinin Sopiko Çiaureli küçəsində 3 nəfəri odlu silahla yaralayaraq hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya aparılıb və onlara lazımi tibbi yardım göstərilib.

Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin 3-cü hissəsinin a bəndi, həmçinin iki və ya daha çox şəxsi öldürməyə cəhd və qanunsuz olaraq odlu silah əldə etməklə bağlı 236-cı maddəsinin 3 və 4-cü hissələri ilə istintaq aparılır”, -  deyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın