06 
Iyn
2020
20:43
1720

Gürcüstan Dəmir Yolları bu tarixdən fəaliyyətini bərpa edir

Gürcüstan Dəmir Yolları Səhiyyə Nazirliyinin tövsiyyələrini tam əməl etməyə və sərnişinlərin təhlükəsiz hərəkətini təmin etməyə hazırdır.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları”dan Birinci Kanala bildirilib.

Dəmiryol nəqliyyatının iyunun 15-də bərpa olunacağı gözlənilir.

Eyni zamanda, GDY-dan verilən məlumata görə, havalandırma sistemi yoxlanılıb və müvafiq xidmətlər havalandırma sisteminin istifadəsinin qatarlarda təhlükəli olmadığına dair qənaətə gəliblər.

“Kondisioner-havalandırma ilə əlaqədar, sizə demək istəyirəm ki, mövcud sistemlər yoxlanılıb və müvafiq xidmətlər sistemin xaricdən havanı alması və ultrabənövşəyi şüalar vasitəsi ilə mikrob və bakteriyaları məhv edərəkədən filtrasiya olunması qənaətinə gəliblər. Müvafiq olaraq, qatarlarımız tamamilə təhlükəsiz olacaq “ - deyə Nika Kacharava bildirib.

Sərnişin biletinin qiymətinə gəlincə isə, Gürcüstan Dəmir Yollarından bildirilir ki, qiymətlər artmayacaq.

Bizimlə əlaqə saxlayın