04 
Fev
2020
11:06
736

Çində koronavirusdan ölənlərin sayı 425 nəfərə çatıb

Çində koronavirusdan ölənlərin sayı 425 nəfərə çatıb, yoluxanların sayı isə 19 700-ü ötüb.

InterPress.ge TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və ictimai sağlamlıq komitələrinin yaydığı məlumatda bildirilib.

Son bir gündə Çində virusa yoluxanların sayı 2.8 min nəfərə, ölənlərin sayı isə 57-yə yüksəlib.

Yoluxanların yarısından çoxu (13,5 min hal, o cümlədən 414 ölüm) inzibati mərkəzi Uhan şəhəri olan Hubey əyalətindədir.

Bu əyalətdə ötən gün 2345 nəfər koronavirusa yoluxub, 64 nəfər dünyasını dəyişib.

Son bir gündə Quanduon əyalətində 725, Çejianqda 724, Henanda 566, Hananda 521 və Anhuidə 408 nəfərin yeni virusa yoluxduğu bildirilib.

Pekində bu hal 212, Şanxayda isə 203 nəfərdə qeydə alınıb.

Bizimlə əlaqə saxlayın