Ukraynada yaşayan Gürcüstan vətəndaşlarının bir hissəsi vətənə qayıdıb
Son 24 saat ərzində Gürcüstan hökumətinin tapşırığı ilə Ukrayna və onun qonşu dövlətlərindən olan Gürcüstan konsulluqları əlavə olaraq 200-dən çox Gürcüstan vətəndaşının vətənə qayıtmasını təmin edib.
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, vətəndaşların Lvovdan Varşavaya mütəşəkkil şəkildə köçürülməsi davam edir. Martın 12-dək hər gün xüsusi avtobus reysləri həyata keçirilir ki, xüsusi reyslə 400-dən çox vətəndaş daşınır.
Gürcüstan vətəndaşları Odessa şəhərini mütəşəkkil şəkildə tərk edirlər. Onlar həmçinin Moldova-Rumıniya və oradan Gürcüstana nəqliyyatla təmin olunurlar.
“Xatırlatmaq istərdik ki, Ukraynadakı hərbi əməliyyatlar fonunda Gürcüstan hökumətinin tapşırığı ilə Gürcüstanın Ukraynadakı və qonşu ölkələrdəki diplomatik nümayəndəlikləri Ukraynadan olan vətəndaşları qonşu ölkələrə aparır, sonra isə Gürcüstana göndərirlər. Bu vaxta qədər 1500-ə yaxın Gürcüstan vətəndaşı müxtəlif ölkələr vasitəsilə Ukraynadan Gürcüstana qayıdıb.
Hökumətin tapşırığına əsasən, Gürcüstanın Ukraynadakı səfirliyi, Odessadakı Baş Konsulluğu və Lvovdakı Konsulluğu fövqəladə rejimdə işini davam etdirir və Gürcüstan vətəndaşlarına yardım göstərir. Həmçinin Gürcüstanın Ruminiya, Polşa, Moldova, Slovakiya və Macarıstandakı diplomatik nümayəndəlikləri fövqəladə rejimdə işləyir. Onlara Gürcüstan vətəndaşlarına ilkin tibbi yardım göstərmək və onların vətənlərinə qayıtmasını təmin etmək tapşırılıb”, - deyə məlumatda bildirilir.


