06 
Iyn
2020
19:32
1137

ÜGMADİ-nin şeyxi  Mirtağı Əsədov DTX-da dindirilib

Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin sədri, Şeyx Mirtağı Əsədovun ifadəsinin alınması prosesi başa çatıb.

InterPress.ge xəbər verir ki, o açıqlama verməyəcəyi ilə bağlı sənəd imzalayıb, istintaq başa çatmamış, işin detalları ilə bağlı danışa bilməyəcək.

O, bildirib ki, suallar əsasən bölgədə gedən proseslər, o cümlədən Nərimanovun heykəli ətrafında inkişaf edən hadisələr ilə bağlı olub.

Əsədov, Marneulidə karantin elan olunanda əhaliyə həm maddi cəhətdən yardım etdiklərini, həm də azərbaycan dilində məlumat verdiklərini bildirir. Şeyx, onlara müraciət edərək, buranın onların vətəni və bu ölkənin övladları olmasını, bərabərlik və bərabər hüquqluluq tələb etdiklərini bildirir. Eləcə də mətbuat vasitələri ilə nifrət dilini qınadıqlarını söyləyib.

Qeyd edək ki, mayın 30-da Gürcüstan DTX Kvemo Kartli və Kaxeti bölgələrində gürcülər və azərbaycanlılar arasında etnik qarşıdurmanı alovlandırmağa cəhd edən qruplar və fərdlərin olması ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, həmin şəxslər milli zəmində münaqişə yaratmaq məqsədilə bölgələrdə uzun illər ərzində toplanmış problemləri müxtəlif mənfi kontekstlərdə təhrif edir, aqressiv çağırışlar edir və insan hüquqlarını pozurlar.

Məsələ ilə əlaqədar irqi ayrı-seçkilik, insan haqlarının birbaşa və ya dolayı şəkildə pozulması, milli zəmində düşmənçilik yaratmaq və diskriminasiya, maddələri üzrə istintaqa başlanılıb.

Bizimlə əlaqə saxlayın