06 
Iyn
2020
11:51
2072

Kaxa Kaladze: "Kino bundan sonra başlayır"

"Olduqca maraqlı proseslər olacaq, əylənəcəyik, kino bundan sonra başlayır".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze jurnalistlərin ,müxalifət nümayəndələri tərəfindən ortaq namizədin seçilməsi prosesi və onların razılığa gələ bilməməsi ilə bağlı sualına belə cavab verib.

Eyni zamanda, Kaxa Kaladze jurnalistlərə seçki sisteminin dəyişdiriləcəyini və seçkilərin razılaşdırılmış sistemə uyğun şəkildə keçiriləcəyini bildirib.

“Gözləntim odur ki, parlamentdə bu seçki sistemi dəyişikliyinin çox sayda tərəfdarı var, bu isə düşünürəm ki, ümumiyyətlə ölkə üçün, mövcud siyasi vəziyyət üçün vacibdir. Hesab edirəm ki, biz seçki sistemini dəyişdirə biləcəyik və seçkilər təklif olunan sistemə uyğun olaraq keçiriləcək “ - deyə Kaxa Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər