Kaxetinin Kardenax kəndində 32 yaşlı kişi öldürülüb.
lnterPress.ge xəbər verir ki, kişini həmkəndlisi avtomobili ilə qəsdən vurub.
Aldığı xəsarətlərlə xəstəxanaya çatdırılan kişini xilas etmək mümkün olmayıb.
Yerli sakinlərin sözlərinə görə, gənclər hadisədən əvvəl masa arxasında olublar və bu zaman qarşıdurma başlayıb.
