09 
Mar
2022
10:54
306

ABŞ MKİ direktoru: "Vladimir Putin iki gün ərzində Ukraynanın paytaxtı Kiyevi ələ keçirməyi planlaşdırıb"

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Rusiya prezidenti Vladimir Putinin iki gün ərzində Ukraynanın paytaxtı Kiyevi ələ keçirməyi planlaşdırdığını bildirib.

InterPress.ge xəbər verir ki, məlumatı müxtəlif Qərb KİV-ləri yayıb.

"İlk iki gün Kiyevi götürmək əvəzinə demək olar ki, iki həftə keçsə də, onlar hələ də şəhəri tam mühasirəyə ala bilməyiblər", - Burns konqresdəki dinləmələrdə deyib.

ABŞ qanunvericiləri qarşısında çıxış edən MKİ rəhbəri Putinin indi qəzəbli və məyus olduğunu da deyib.

"O, çox güman ki, səylərini ikiqat artıracaq və dinc əhalinin itkilərinə məhəl qoymayaraq Ukrayna hərbçilərini məhv etməyə çalışacaq", - Börns əlavə edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun sözlərinə görə, Putin illərdir Ukraynanın real ölkə olduğuna inanmadığını deyərkən yanılıb.

“O, bu barədə yanılır. Real ölkələr müqavimət göstərir və bu, ukraynalıların son 12 gündə kifayət qədər qəhrəmancasına etdikləridir".

Bizimlə əlaqə saxlayın