08 
Mar
2022
16:23
298

Ukrayna KİV: "İşğalçıların cinayəti cəzasız qalmayacaq!"

Mariopolda rus hərbçiləri uşaq, qadın və qocaların humanitar dəhlizlə şəhəri tərk etməsinə icazə verməyib.

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı Birgə Əməliyyat Qərargahının bəyanatına əsasən yayıb.

“Düşmən humanitar dəhliz istiqamətində hücuma keçib.Rus vəhşilərinin bu cür hərəkətləri Ukrayna xalqının soyqırımından başqa bir şey deyil. İşğalçıların cinayəti cəzasız qalmayacaq!” – deyə bəyanatda bildirilir.

Jurnalist Andrey Tsaplyenko yazır ki, Rusiya hərbçiləri silahsız əhaliyə atəş açıb.

“Ruslar bizə mülki əhali üçün humanitar dəhliz vəd etdilər. Lakin onlar konvoyları və mülki şəxsləri atəşə tutmağa başladılar. Bu, silahsız insanların arxasında gizlənən aldadıcı məkrli Rusiya ordusudur”, -  deyə Tsaplyenko bildirib.

Bu məlumatı Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko təsdiqləyib. Onun sözlərinə görə, Rusiya qüvvələri 225 kilometr şimal-şərqdə şəhər və Zaporojya arasında humanitar dəhlizə hücum edib.l

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər