Rusiya lideri Vladimir Putin “informasiya köpüyü”ndədir.
lnterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zalenski deyib.
Zelenski Putinin Ukraynada başlatdığı müharibəni bitirə biləcəyini bildirib. O həmçinin əlavə edib ki, onu seçən insanlar təslim olmağa və ultimatumlara hazır deyil.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski vurğulamışdı ki, Ukrayna sülh yolu tapılana qədər Rusiya ilə danışıqlarda israrlıdır.
